Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sərt etiraz bildirib.

O, bu barədə sosial şəbəkədə paylaşım edib. Kəmalə Ağazadə suallarının cavablandırılmasını tələb edib: “Əladır da. Yanvarda təcavüzlə bağlı polisə müraciət olunur, biz paylaşım edəndə məlum olur ki, artıq tibbi rəy də var, açıqlamalar verilməyə başlayır. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi deyir ki, nəzarətimizdədir. Bəli, bu gündən nəzarətinizdədir.

Yanvardan harda idiniz?! Kəpəz rayon İcra Hakimiyyəti niyə xəbərsiz idi? Yox ,əgər xəbəriniz var idisə, o zaman niyə birgə əlaqəli iş qurmayıb, bizi gözlədiniz? Xəstə bir uşağın hamiləliyinin dayandırılması niyə bu qədər gecikməli idi?

Yoxsa, bunları da əvəzinizə hüquq-mühafizə orqanları etməli idi? Hanı sizin əlaqəli mexanizminiz? Hardadır monitorinq komissiyalarınız? Mən rica etmirəm, mən tələb edirəm. Suallarımı cavablandırın”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN