Cəlilabadda ağır yol qəzasında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Məlumata görə, Sərhədabad kəndi ərazisində "Mitsubishi" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölən şəxslər "VAZ-2107" minik avtomobilində olanlardır.

Cəlilabadda baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

Rayonun Şabanlı kənd sakini 1966-cı il təvəllüdlü Saleh Məlikovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıdan gələn, rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Xudaş Rəhimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü də daxil olmaqla sərnişinləri - rayonun Şabanlı kənd sakinləri, 1970-ci il təvəllüdlü Şura İmanova, 1975-ci il təvəllüdlü Gülnarə Kərimova, 1978-ci il təvəllüdü Elçin Kərimov və 1995-ci il təvəllüdlü Gültəkin Şahbazova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Minik avtomobillərinin toqquşması zamanı "Mitsubishi" markalı avtomobildəki sürücü Xudaş Rəhimov, oğlu - 1984-cü il təvəllüdlü Samir Rəhimov və nəvəsi - 2006-cı il təvəllüdlü Jalə Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN