N.Tusi qeyri-adi elmi fantaziyası və riyazi hesablamaları ilə kəşflərinin reallaşmasında Ayın rolunu bir amil kimi əsaslandırmışdır:

Okean və iç-çöl dənizlərdə  özünü cuşa gətirən dəlisov fırtınalar, qasırğalar, sunamilər heç də küləklərin, tufanların nəticəsi deyil, əksər vəziyyətlərdə Ay dövriyyəsinin fəsadlarıdır. Ortaya nə gəldi? Qeyri-adi zəka sahibi N.Tusinin ardıcıl kəşflərinin nəticəsi olaraq, hələ tapılmamış torpaqlar, Şərqdə Amerika qitəsi və ətraf arxenalaqın dəqiq xəritəsi bu cür yarandı.

Allahverdi Eminov,

yazıçı, publisist

(Əvvəli ötən sayda)

Marağa rəsədxanasında yuxarıda dediyim kimi, bir çinli alim - Mun-çi də çalışırdı. Tusidən öyrənirdi, onun möcüzəli istedadından xəbərdardı. Dünya heç kəsə - istedadından və ali vəzifəsindən asılı olmadan güzəştə getməyi bacarmır - bir gün ağlaya-ağlaya doğulan bir gül də yaşamaq intizarında dünyadan köçür. Bizim Nəsirəddin Tusi də. Mun-çi ustadının ölümündən sonra Vətəni Çinə üz tutdu və özüylə həmin xəritəni də apardı...

Tədqiqatçı-jurnalist, mərhum Oqtay Eldəgəz yazır ki, tanınmış italyan səyyahı Marko Polo 1292-ci ildə Azərbaycan sahillərindən keçib Çinə yollanır və xeyli yaşlaşmış, Çində məşhur bir simaya çevrilmiş Mun-çi ilə görüşür. Fəndkir M.Polo Mun-çidən nəfis şəkildə üzü köçürülmüş “Marağa coğrafi xəritə”ni satın alır. İki il ötmüş Marko Polo Vətəninə qayıdarkən Muğan-Mil düzündən adlayıb. Apenin yarımadasına qayıdır...

Ömür yetişir, M.Polo dünyasını dəyişir (1317) və yeganə oğlu Poola atasının illərlə səfər çantasında daşıdığı qiymətli sənədləri, qeydləri qoruya bilmir. Florensiya Tarix Muzeyinin rəhbərliyi ayıq düşür. Onlar bilirdilər ki, o çantada nələr var, o cümlədən “Tusi xəritəsi” (“Marağa xəritəsi”), baha qiymətə satın alırlar - Ata Polonun “Səyahətnamə” əsərinin əlyazmanı muzey nəşr etdirir. Lakin “Marağa xəritə”siz. Bu, sirr hələ açılmayıb. Mərhum Oqtay Eldəgəzin vətənpərvər harayını bir daha xatırladıram: “Gəlin, biz azəri türklər üzümüzü Florensiya Tarix Muzeyinə çevirək və Tusi xəritəsinin taleyilə maraqlanaq”.

X.Kolumbun həyatı barədə daha bir məlumat yerinə düşər: O, peşəkar rəssam idi, İspaniyaya getməzdən 6 il qabaq varlı Florensiyanın qızı ilə evlənmişdi. Adı Veronika idi. Kolumbun qaynatası vəfat edəndən sonra onun dəbdəbəli malikanəsinə yığışdılar ailəlikcə.

Rəssam hissiyyatı ilə Kolumb arabir Tarix Muzeyinə yolunu salırdı.  Roma sərkərdəsi Pompeyin (böyük şairimiz və dramaturqumuz Nəriman Həsənzadənin Pompeyin məşhur yürüşü haqqında diqqətəlayiq dram əsəri vardır) dostu Krassa ünvanladığı bir məktubu muzeydə  şüşə altında saxlanılırdı. Məktubda Pompey vurğulayırdı ki, o parfiyalılarla və azərlərlə (azərtürklərlə) vuruşmadan çəkinsin. Kolumb bu məktubun məzmununa aludə olacaqdı... Və şüşə ilə “qorunan” məktub səyyah rəssamın diqqətini çəkirdi, maraqlandırırdı. Ordakı xəritə isə... Tusi xəritəsilə tanışlıq Kolumba çox proqnozlardan xəbər verirdi: Naməlum böyük torpaq sahəsi qitənin şimalında 62 dərəcə cənub uzunluq dairəsi, cənubda isə 81 dərəcə şimal “en” dairəsi xətti boyu yerləşməliydi. Bəs hansı səbəbdən Amerika qitəsi məhz Kolumbun adına yox, portuqaliyalı dənizçi Ameriqo Vesnuççinin şərəfinə rəsmiləşdirilmişdir?

X.Kolumb sonra üç dəfə səyahətə çıxmışdır. 1493-cü ildə bir ilin ötüşündə insanlar Venesuelin Qərbə yaxın Şimal sahillərinə çatıb geri qayıtdılar, daha iki il keçmiş (1495) Cənubi Amerikanın, başqa sözlə, Braziliyanın qərb sahilindəki xəritədə aydın göstərilmişdir - 62 dərəcə cənub uzunluğu dairəsinə toxunan Nyufaundlend yarımadasının qərb sahillərinə yetişdilər. Kolumb Qəraib dənizindəki adalar sırasına Vest Hind (qərbi Hindistan) adlandırmaqla hamını aldatmış oldu. Həqiqətən, bura Hindistandırsa, Kolumb oraya qərb tərəfdən yaxınlaşmalı idin. Daha doğrusu, yolüstü Yaponiyanı, cənub-qərb ölkələrini keçib mənzilə çatmaq problem yaratmazdı. Kolumb bicliklə düşünürdü ki, belə sorğular ona tuşlana bilər və labüddür. Onun üçün Genuyalı səyyah hiyləgərliklə Antil adalarını gah Sipanco (Yaponiya), gah Katay (Çin), gah da Vest-hind adlandırır, hər bir torpaqlar arasındakı məsafələri iki dəfə artırırdı ki, Hindistana yol uzunu görünsün. Əslinə qalsa, X. Kolumb, H.Tusinin “kəşf etdiyi” yeni dünyanın maddi nemətlərini, insan resurslarını, zəngin torpaqlarını İspaniyanın bomboş süfrəsinə atmışdı...

Təsadüfi deyil ki, Madrid Sarayı, sonrakı ispan zadəganları Kolumbun Hindistan cəfəngiyyatına əhəmiyyət vermədilər və Amerika qitəsinin adını ona qıydılar.

Biz heç bir rəsmi mərasimdə, hansısa elmi mərkəzdə, Amerika mətbuatında təfərrüatı ilə nə danışırıq, nə da yazmırıq ki, Amerika torpağının dünya xəritəsinə, fırlanan Qlobusa düşməsində azəri türk dühası Nəsirəddin Tusiyə borcludular. Siz bu fövqəl şəxsiyyətin düz əməlli belə tanımırsız.

Böyük və cəfakeş səyyah - coğrafiyaşünas Tur Xeyerdan 1999-cu ilin sentyabrında Azərbaycana təşrif gətirdi və Qobustan qaya rəsmlərinə baxarkən heyranlığını gizlətmədi və dedi: “Mən bir  norveçli səyyah kimi ərz edirəm ki, xalqınızın çox böyük tarixi-mədəni kökləri vardır. Azərtürklər mənim millətimdən olmuş qədim  vikinqlərlə qohumdular, doğmadılar. Ona görə Kolumbun, sizin xacə Nəsirəddin Tusi coğrafi xəritəsilə səfərə çıxdığına, Amerika qitəsini “kəşf etdiyinə” əsla təəccüblənmirəm. Gərək Yeni Dünya məhz “Tusiya” adlanaydı”...

Məncə, şərhə ehtiyac yoxdur və daha narahatlığım çəkildi. X.Kolumbun səksəkəli, amma ümidli kayutasına girib çıxmağının səbəbi açıqlandı... 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN