Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini Elman Nuriyevin barəsində cinayət işi açılıb. Özü də durduğu yerdə yox, sırf əməllərinə görə...

Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri barədə rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında araşdırma aparılıb.

Bu barədə Biləsuvar rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla məlum olub ki, 24 avqust 2021-ci il tarixdən “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyev özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin işçisi kimi, yəni vəzifəli şəxs kimi təqdim edib. O, dövlət özünəməşğulluq proqramı çərçivəsində iş və ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər verməklə 29 nəfər şəxsdən, ümumilikdə, 16 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Eyni zamanda, həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Elman Nuriyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hazırda cinayət işi üzrə istintaq davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN