Ukrayna Müdafiə Nazirliyi hesab edir ki, Rusiya qoşunlarının Kiyevə hücumunu bərpa etmək imkanı Ukraynanın şərqindəki döyüşlərin nəticəsindən asılı olacaq.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik Ukrayna media mərkəzində keçirdiyi brifinqdə deyib. UNİAN xəbər verir: “Düşmənin paytaxta mümkün hücumunun bərpası məsələsi Donetsk və Luqansk vilayətlərində davam edəcək hərbi əməliyyatlardan asılı olacaq”.
O, deyib ki, Belarusun Qomel vilayəti, eləcə də Rusiya Federasiyasının Bryansk və Kursk vilayətləri ərazisində düşmənin ayrı-ayrı bölmələri hələ də qalmaqdadır. Çox güman ki, onların vəzifəsi Ukrayna müdafiə qüvvələrinin diqqətini yayındırmaq üçün mövcud olduqlarını nümayiş etdirməkdir. “Aydındır ki, bu, Rusiya Federasiyasının Ukrayna ordusunun hissələrini burada saxlamaq və onların daha çətin əməliyyat zonalarına, o cümlədən Ukraynanın şərqinə və cənubuna köçürülməsinin qarşısını almaq üçün belə bir taktiki oyundur”.

 Sosial şəbəkələrdə də yazılır ki, Rusiya yaxın gələcəkdə bu ərazilərdə aktiv döyüş əməliyyatlarını başlaya bilər. Amma Ukrayna ordusu da bu hücuma tam hazırdır.

Sevinc MURADXANLI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN