Ukrayna ağır zərərlərə tuş gəlsə də, Rusiya da 9 may Faşizm üzərində Qələbənin növbəti ildönümü yaxınlaşdıqca daha da əsəbləşir və özü də itkilərə tuş gəlir...

Məsələn, bu gün Luqansk vilayətində ukraynalı müdafiəçilər düşmən təyyarəsini vurublar. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Luqansk OVA-nın rəhbəri Serhiy Qaydai milli telemarafonun efirində bu barədə məlumat verib. "Düşmən Lisiçanskı atəşə tutub, bir ölü var... Severodonetskin atəşə tutulması nəticəsində “strateji” bina dağıdılıb.... Kremennaya, Rubejnoye və Popasnadadırda  işğalçılar irəliləyişlər etməyə çalışırlar. Döyüşlər davam edir, düşmən itkilər verir... Dünən rəşistlərin Novoaydardakı anbarı vurdular, 2,5 saat ərzində alovlanıb yandı. Bu gün isə daha bir düşmən təyyarəsi məhv edildi...".

Rusiya XİN rəhbəri Lavrov isə deyib ki, Ukrayna ilə danışıqlar davam edə bilər, amma döyüşlərə fasilə veriləndə. Yəni, rus ordusu çətin vəziyyətə düşəndə...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN