Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun Nizami rayonu Keşlə qəsəbəsinin sakinləri ilə görüşü olub.

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə BŞİH-nin başçısı ilə yanaşı, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı şəhərinin və Nizami rayonunun bütün təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək, 200 nəfər Keşlə sakininin müraciət və təkliflərini dinləyiblər.

Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün keçmiş Sovet İttifaqının tərkibində olan 15 müttəfiq respublikadan yalnız Azərbaycanda inkişaf var. Torpaqlarımız azad edilib, ölkədə sabitlik hökm sürür, bütün sahələrdə inkişaf gedir. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasətinin nəticəsidir ki, onların da kökündə tarixdə şəxsiyyət amili, İlham Əliyev fenomeni dayanır.

Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndə əvəzi Anar Ağayev qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.

“Açıq mikrofon” formatında, dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən 40 nəfərə qədər qəsəbə sakini Bakı şəhərində, eyni zamanda, Keşlə qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Qeyd edək ki, görüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN