Məlum olduğu kimi, 2021-ci ilin 16 oktyabrında Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzində yanğın hadisəsi baş verdi.

Həmin yanğında 31 nəfər sahibkarın malları yandı.

Hadisədən 6 ay keçməsinə baxmayaraq, yanğından zərər çəkən sahibkarlar hələ də müdriyyətlərindən nə kompensasiya, nə də işləmək üçün yer ala bilir.

Qeyd edək ki, sözügedən ticarət mərkəzinin sığortası olub. Şikayətçilərin sözlərinə görəi, müdriyyətdən onlara bildiriblər ki, sığorta onlara pul ödəyən kimi onlar da mal sahiblərinə kompensasiya verəcəklər.

Sahibkarlar deyir ki, onlara ümumilikdə 1 milyon manata yaxın ziyan dəyib, amma 6 aydır bu məbləğdən heç nə ödənməyib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməliyyat-istintaq idarəsində təhqiqat aparılır. Lakin şikayətçilər istintaqın gedişindən də narazıdırlar.

İşi aparan müstəntiq Fuad Məhərrəmov bildirib ki, şikayətçilərin narazılığına əsas yoxdur, istintaq davam edir.

Onu da qeyd edək ki, altı aydır işsiz qalan şikayətçilər ailə üzvlərinin köməyi ilə, ya da tanışlarından borc alaraq yaşadıqlarını deyirlər. Hətta onlar ticarət mərkəzinin yaxın müddətdə təhvil veriləcəyindən əllərini üzüblər, yeganə istəkləri onlara dəymiş maddi zərərin ödənilməsidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN