Ukrayna ordusu tərəfindən dəqiq vurulan Rusiyaya məxsus “Moskva” kreyseri Ukrayna Silahlı Qüvvələrin hücumu nəticəsində xeyli ziyan görüb və yanğından sonra çevrilərək batmağa başlayıb...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığının komandanı Vladislav Nazarov rəsmi məlumat yayıb: “"Neptun"gəmi əleyhinə raketinin Qara dəniz əməliyyat zonasında Rusiya Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyserini vurdu, kreyserə xeyli ziyan dəydi, yanğın baş verdi. Köməyə gəlmək istəsələr də hərbi şərait buna imka verdmədi dz kreyser batmağa başladı..."

Nazarov bildirib ki, gün ərzində Nikolayev və Xerson istiqamətlərində düşmən 54 əsgərini və 8 texnikasını, o cümlədən 2 özüyeriyən artilleriya qurğusunu, “Qrad” reaktiv yaylım atəş sistemini və T-72 tankını itirib. Silahlı qüvvələr işğalçıların hərbi texnikasını və sursatını məhv edib. “Moskva” kreyseri Rusiya Federasiyasının Qara dəniz donanmasının “Vasili Bıkov” patrul gəmisi ilə birlikdə Ukraynanın İlanlar adasının müdafiəçilərini təhdid edənlər olub. O vaxt sərhədçilər rus təcavüzkarının təslim olmaq tələbinə artıq əfsanəyə çevrilmiş “get, rus döyüş gəmisini min...” ifadəsi ilə cavab vermişdilər.
Aprelin 13-də axşam saatlarında isə Rusiya Federasiyası etiraf edib ki, Odessa Regional Hərbi Dairəsinin rəhbərləri bildiriblər ki, Ukrayna Silahlı Qüvvələrinin “Neptun” gəmi əleyhinə raketləri Qara dəniz donanmasının “Moskva” raket kreyserini vurub. Kəşfiyyat mənbəsinə görə, Rusiyanın 4 texniki gəmisi “Moskva”nın köməyinə gəlib. Sonra fırtına davam edib. Bu, İlan adasından təxminən 20 dəniz mili uzaqlıqdakı ərazidə baş verib. Aprelin 14-də Rusiya Müdafiə Nazirliyi “Moskva” raket kreyserinin yandığını təsdiqləyib, lakin onlar yanğının səbəbi barədə məlumat verməyiblər, guya hansısa səbəbdən “sursat partlayıb”.

Beləliklə, Rusiya Hərbi kontingenti daha bir diqqətə alınacaq itki verib. Kreyserdə həlak olan hərbçilərin sayı barədə hələki rəsmi məlumat verilmir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN