Bu gün - aprelİn 14-də Estoniya Müdafiə Qüvvələrinin Kəşfiyyat Mərkəzi Ukrayna ərazisində hərbi əməliyyatlar barəsində hesabat dərc edib.

Kəşfiyyat Mərkəzinin məlumatına görə, Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın şərqində hücuma hazırlıq işlərini yekunlaşdırır, həmçinin Ukrayna silahlı qüvvələrinin bölmələrinin şərq istiqamətinə köçürülməsinə  də mane olurlar.

Qeyd edək ki, Britaniya kəşfiyyatı da Rusiya prezidentinin Ukraynanın şərq bölgələri ilə maraqlandığını və yeni hücuma hazırlaşdığını bildirib.

***

Kəşfiyyat məlumatları həmişə doğru (bəzən zaman etibarilə) olmaya bilər. Amma bəzən vaxt etibarilə dəqiq olmayan  belə məlumatlar sonda təsdiqini tapır...

 Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı öncədən yayılan kəşfiyyat məlumatları zamanı biz bunun şahidi olduq.

Xatirladaq ki, hələ yanvar ayında Ağ Ev sözçüsü Cen Psaki bildirmişdi ki, “Elə bir mərhələdəyik ki, Rusiya hər an Ukraynaya hücum edə bilər”.

Və yaxud, hələ Ukraynada baş verən müharibədən xeyli əvvəl mətbuatda bir çox ölkələrin kəşfiyyat xidmətlərinin Rusiyanın Ukraynaya hücuma keçəcəyinə dair müntəzəm olaraq məlumatları yayılırdı. Məsələn, ABŞ mətbuatında, hətta  fevralın 16-da Rusiyanın Ukraynya hücuma keçəcəyi barədə xəbər  yayılmışdı.

Daha sonra Ukraynanın Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov  da bildirmişdi ki, Rusiya yanvarın sonu, fevralın əvvəlində Ukraynaya hücuma hazırlaşır.

Budanov o zaman xəbərdarlıq edərək bildirmişdi ki, Ukrayna sərhədləri yaxınlığında Rusiyanın 92 mindən çox əsgəri yerləşdirilib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu və bununla heç kimi təhdid etmədiyini söyləyirdi.

Hətta Rusiya KİV-də bu cür məlumatlara ironiya ilə yanaşılır, məsxərəyə qoyulurdu. Belə məlumatların yalan olduğu və Rusiyanın heç bir zaman Ukrayanaya hərbi müdaxilə etməyəcəyi söylənilirdi...

Amma sonda... Kəşfiyyat məlumatları öz təsdiqini tapdı...

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN