Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, şəxsi heyətin sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tədbirlər görülür.

Hərbi qulluqçularımız təzə və yüksək kalorili qida, eləcə də  digər təminat növləri ilə tam təmin edilib.

Xatərladaq ki, azad olunmuş ərazilərdə dislokasiya olan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN