ABŞ Ukraynanın cənubuna və şərqinə yığılan rus qoşunlarının sayını dəyərləndirib

ABŞ-ın hesablamalarına görə, ötən həftənin sonundan etibarən Rusiya Ukraynanın şərqində və cənubunda öz qüvvələrinə daha 11 batalyon taktiki qrupları (BTQ) əlavə edərək, Rusiya BTQ-lərinin ümumi sayını 76-ya çatdırıb.

“Evropeyskaya pravda” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib.

“Onlar Ukrayna daxilində öz imkanlarını artırıblar”, - deyə rəsmi CNN brifinqində bildirib.

Rusiyanın bütün quru qüvvələri Ukraynanın şərqində və cənubunda cəmləşib, lakin müdafiə nazirliyinin rəsmisi bildirib ki, ABŞ onların necə bölüşdürüldüyünü dəqiq müəyyən edə bilmir.

Xəbər verildiyi kimi, NATO Ukraynadakı müharibənin ikinci mərhələsinin şərq və cənubda cəmləşəcəyinə, daha geniş cəbhəyə malik olacağına və daha qanlı olacağını hesab edir.

Qeyd edək ki, aprelİn 14-də  Estoniya Müdafiə Qüvvələrinin Kəşfiyyat Mərkəzi də Ukrayna ərazisində hərbi əməliyyatlar barəsində hesabatında Rusiyanın şərqdəki fəallığı barədə qeyd etmişdi.

Məlumatda Rusiya Federasiyası SQ-nin Ukraynanın şərqində hücuma hazırlıq işlərini yekunlaşdırmaq üzrə olduğu, həmçinin Ukrayna SQ bölmələrinin şərq istiqamətinə köçürülməsinə  də mane olduğu açıqlanırdı.

Həmçinin Britaniya kəşfiyyatı da Rusiya prezidentinin Ukraynanın şərq bölgələri ilə maraqlandığını və yeni hücuma hazırlaşdığını xəbər vermişdi.

Xatırladaq ki, Rusiya fevralın 24-ü səhər saatlarında “xüsusi əməliyyat” adı altında Ukraynaya hücum edib. Bu gün müharibənin 54-cü günüdür. Hər iki tərəfin nümayəndə heyətlərinin dəfələrlə bur araya gəlməsinə baxmayaraq, sülhə nail olmaq alınmayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatına görə, Rusiya qoşunları Ukraynanın şərqində hücum əməliyyatına başlaya bilər.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN