ABŞ-In Ukraynaya dəstəyi bütün istiqamətlərdə davam edir...
Tezadlar.az "Azadlıq radiosu"na istinadla bildirir ki, ABŞ kəşfiyyat məlumatlarının verilməsinə dair bir sıra məhdudiyyətləri aradan qaldırdığını elan edib. Bu barədə "Bloomberg" də yazıb. Məlumata görə, daha aktiv mübadilə Ukraynaya kömək edəcək. Qeyd edilir ki, aprelin əvvəlində ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns bu məsələni Konqresdə qaldırıb. Bundan əvvəl isə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü, respublikaçı Mayk Törner ABŞ administrasiyasının bu cür məhdudiyyətləri aradan qaldırmağa çağıran məxfi mesaj yayıb.
Bu əməkdaşlıq Ukraynanın Rusiyaya qarşı müqavimət və əks hücumlarında böyük rol oynayır...
A.Məmmədli