Bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə II Qarabağ müharibəsində iştirak edərək, başından və çiynindən ağır yaralanmış

Hacıqabullu qazi Həmidov Maşallah Məhərrəm oğlu evində ziyarət olunub. Qazinin ailəsinə Ramazan bayramı sovqatı təqdim olunmuşdur. 

Ziyarətdə, həmçinin I Qarabağ müharibəsi qazisi, "Qarabağ qaziləri" İctimai Birliyi Hacıqabul rayon şöbəsinin sədri İntiqam Abdulov da iştirak edib. Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova Vətən müharibəsində fəal iştirak edərək, 6 medalla təltif olunan, Şuşaya kimi döyüş yolu keçən, iki dəfə yaralanmağına baxmayaraq, yenidən döyüşlərə qatılan qazi Həmidov Maşallah Məhərrəm ogluna onunla fəxr etdiklərini, qürur duyduqlarını söyləyib, yetişməkdə olan nəslin bu cür vətənpərvər gənclərdən örnək götürmələrini arzu edib.

 

Qazinin anasına Vətənin azadlğı uğrunda qəhrəmancasına vuruşan igid yetişdirdiyinə görə təşəkkür etmiş və bütün qazilərimizə Allahdan şəfa dilənilib. Çay süfrəsi ətrafında qazinin müharibə xatirələri, necə yaralanması, təltifləri barədə söhbət edilib.

Xatırladaq ki, Hacıqabul rayonu  Qarabağ müharibəsində 127 şəhid verib.

Birinci Qarabağ müharibəsində 92, ikinci Qarabağ müharibəsində isə 24 nəfər qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. ... Qazi və şəhidlər arasında Azərbaycanın yüksək orden və medalları ilə təltif edilənlər çoxdur.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN