Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəmanlarımızdan olan şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.

Nazirlikdən verilən məlumata görə, O.Əkbərov şərəfli döyüş yolu keçib və Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

İki övladı yadigar qalan şəhidimizin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 otaqlı mənzillə təmin olunub. Ailəyə birdəfəlik sığorta ödənişi verilib, Vətən Müharibəsi Qəhrəmanı üçün nəzərə tutulmuş Prezident təqaüdü və ailə başçısını itirməyə görə pensiya ödənilir. Şəhidin həyat yoldaşı özünüməşğulluq proqramına cəlb edilib və kiçik ailə təsərrüfatı yaradılıb.

Görüşdə şəhid O.Əkbərovun vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi igidliklərdən bəhs olunub. Bütün şəhidlərimizin, o cümlədən şəhid O.Əkbərovun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib.

Şəhid ailəsinin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağı vurğulanıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN