Ukrana Baş Prokurorluğu və polis Kiyev yaxınlığındakı Buça şəhərində dinc sakinlərin vəhşicəsinə qətlə yetirilməsində ilk şübhəlinin - Rusiya Milli Qvardiya bölməsinin komandiri Sergey Kolotseyin şəxsiyyətini müəyyənləşdirib...

Tezadlar.az Ukrayna mediasına istinadlabildirir ki, bu barədə Baş prokuror İrina Venediktova Facebook-da yazıb. Sitat: “Buçanın prokurorları və polisi müəyyən ediblər ki, martın 18-də Buçada dörd silahsız şəxsi məhz bu hərbçi qətlə yetirib”.
 Həmçinin müəyyən edilib ki, martın 29-da Kolotsey daha bir mülki şəxsə işgəncə verib, onu Rusiya ordusuna qarşı təxribat fəaliyyətini etiraf etməyə məcbur edib. O, ukraynapərəst yerli sakini “zirzəmiyə” aparıb, orada onu əlləri, avtomatın qundağı və bıçağın ucu ilə qorxudub döyüb. Üstəlik, həmin adamı “edam yerinə” aparıblar, orada qətliamı imitasiya edərək qulağına yaxından güllə atıbar. 

 Baş Prokuror Venediktova onu da əlavə edib ki, qurbana qarşı zorakılıq və aşağılamaqla ölmüş adamı iyləməyə vadar ediblər. "İşğalçı Belarusdakı bir poçt şöbəsindəki müşahidə kameralarından videoda tanınıb. Bu, rus işğalçılarının Ukraynada oğurlanmış əmlakı necə göndərdiyini göstərirdi... 
Toplanmış sübutlar, zərərçəkmişin ifadəsi və portret ekspertizası əsasında Buca rayon prokurorluğunun prokurorları Milli Qvardiyanın zabiti Kolotseyə mülki əhaliyə qarşı qəddar rəftarda və müharibə qanunlarının və adət-ənənələrinin digər pozuntularında şübhəli olduğu barədə  və s. məlumatlarla birgə qəsdən adam öldürmələrdə şübhəli biliblər.

Venediktova rus əsgərini tanıyan və onun başqa vəhşiliklərdə iştirakına dair sübutları olan hər kəsi warcrimes.gov.ua saytına sübut göndərməyə və ya Kiyev Regional Prokurorluğu ilə əlaqə saxlamağa çağırıb: 097-053-04-65, 097-838-31-87 , 050-107-66-75 və ya Buchansk Rayon Prokurorluğu: 063-530-69-06.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN