İstanbulda bir gəmidə karbon qazı sızması nəticəsində işçilər zəhərləniblər. İlkin məlumata əsasən, dörd nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə İstanbulun Tuzla rayonunda gəmiqayırma zavodunun ərazisində dayanan bir gəmidə meydana gəlib.

Faktla bağlı İstanbul valiliyindən açıqlama verilib.

Bildirilib ki, hadisənin baş verməsi ilə bağlı bu gün saat 10:54-də məlumat daxil olub. Tuzlanın Aydıntəpə rayonundakı gəmiqayırma zavodunda təmir üçün dayanan Liberiya bayraqlı “Gulf Petrolyum-4” gəmisində çalışan işçilərin qazdan zəhərləndiyi bildirilib. Bölgəyə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub, lazımi işlər başladılıb. Alınan ilk məlumata görə, sızma təmir ediləcək borulardan birində meydana gəlib. Zəhərlənən işçilər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başladılıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN