Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn

Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən  əl yükü rentgen yoxlama qurğusunda yoxlanılıb və şübhəli cizgilər müşahidə olunub.

Dövlət Gömrük Komitəsindən Verilən məlumata görə, vətəndaş şifahi  sorğu-sual zamanı  üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, dərman və psixotrop maddələrin olmadığını bildirib. Yoxlama zamanı idman çantasının içərisində 30 kapsul “Qabapentin”, 20 ədəd “Alprazolam”,  30 kapsul “Pregabalin”,  38 ədəd üzərində “ddp/M20” nişanəsi olan “Metadon” adlı həblər, 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində isə plastik qabda- 210 ml həcmində maye halında “Metadon” aşkarlanıb. 

Xatırladaq ki, “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil edilmiş “Qabapentin”in  ümumi miqdarı 3 qram, “Pregabalin”in isə miqdarı 1,5 qram, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələ” in III Siyahısına daxil olan “Alprazolam”ın  ümumi miqdarı 0,01  qram və  "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxil olan “Metadon”un miqdarı 0,76  qram, maye halındakı “Metadon”un isə  miqdarı 0,21  qram təşkil edir.

 Faktla bağlı araşdırma aparılır.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN