Ukrayna Hərbi Hava Qüvvələrinin və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri son sutka ərzində Rusiyanın 10 hava hədəfi, o cümlədən 6 “Orlan-10” tipli politsuz uçuş aparatı (PUA), 1 “Forpost” tipli PUA və 3 qanadlı raketini vurub.
Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının məlumatlarında bildirilir ki, Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya hərbçilərinin 6 hücumu uğurla dəf edilib.
Rusiyanın 20 tankı, 1 artilleriya sistemi, 28 ədəd zirehli döyüş maşını, 1 xüsusi zirehli maşını və 5 avtomobil texnikası məhv edilib.
“Düşmən Donetsk və Luqansk vilayətlərinin ərazisinə və bu ərazilərlə işğal olunmuş Krım arasında olan quru dəhlizinə tam nəzarət etmək üçün Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarına ara vermədən davam edir. Ən böyük fəallıq Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur.
Eyni zamanda, Ukraynanın bütün ərazisində raket zərbələri endirmə ehtimalı yüksək olaraq qalır", - Baş Qərargahın məlumatında deyilir.