Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın (KXDR) həyata keçirdiyi ballistik raketlərin buraxılışını pisləyib.
Bu barədə şənbə günü G7-nin XİN başçılarının görüşünün yekunu üzrə yayılan yekun kommünikedə deyilir.
"Biz Şimali Koreyanın 24 mart 2022-ci ildə həyata keçirilən də daxil olmaqla davam edən ballistik raket sınaqlarını şiddətlə qınayırıq. Bu Şimali Koreyanın nüvə və raket imkanlarını daha da inkişaf etdirmək niyyətini bir daha təsdiqləyib", - bəyanatda deyilir.
G7-nin nazirləri Pxenyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq nüvə proqramından, həmçinin “kütləvi qırğın silahları və raket proqramları sahəsində istənilən proqramlardan” tamamilə imtina etməyə çağırıb.