Yəmənin hökumət qüvvələrinin komandanlarından birinin korteji ölkənin müvəqqəti paytaxtı Ədən şəhərində hücuma məruz qalıb.
Bu barədə “Əl-Ərəbiyə”yə istinadən xəbər verir.
Belə ki, kamikadze avtomobil karvanının keçdiyi yolda minalanmış avtomobili partladıb. Kortejdə olan nəqliyyat vasitələrinin birində 4-cü hərbi dairənin birgə əməliyyatlarının komandanı general Saleh Əli Həsən olub.
2012-ci ildən bu vəzifəni tutan general xəsarət almayıb. Onun mühafizəçiləri arasında yaralıların olması barədə xəbərlər var, lakin bu da hələ təsdiqini tapmayıb. Bu, son iki ayda Ədəndə üçüncü belə hadisədir.