Bu gün Rusiya dövlət başçısı Belarus, Qazaxıstan və Qırğızıstan liderləri ilə görüşəcək.

Mayın 16-da Rusiya prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Qırğızıstan liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, vurğulayıb ki, Aleksandr Lukaşenko, Qasım-Jomart Tokayev və Sadır Japarovla danışıqlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammiti çərçivəsində aparılacaq.

Xatırladaq ki, bu gün Moskvada KTMT-nin 30 illiyi münasibətilə təşkilata üzv ölkələrin sammiti keçirilir.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 

1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-sovet dövləti - Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar.

Azərbaycan, Belarus və Gürcüstan isə bu müqaviləni 1994-cü ildə imzalayıblar. 5 ildən sonra bu müqaviləni imzalamış 9 dövlətdən yalnız altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.

Hazırda KTMT- yə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlətləri üzvdür.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN