"...Məhkəmə qərarı Gürcüstanın qanunun aliliyinə sadiqliyini şübhə altına alır"
ABŞ-ın Gürcüstandakı səfirliyi "Mtavari Arxi" telekanlının rəhbəri Nika Qvaramiyanın həbsi ilə bağlı məhkəmənin qərarına münasibət bildirib.
TEZADLAR.AZ xəbər verir ki, ABŞ səfirliyi məhkəmənin sözügedən qərarının Gürcüstanda qanunun aliliyini şübhə altına aldığını qeyd edib. Səfirlik hökumətə bir sıra çağırışlar da edib: "Qvaramiya, İaşvili və Damenianın məsələsi ilə bağlı məhkəmə qərarı Gürcüstanın qanunun aliliyinə sadiqliyini şübhə altına alır və Gürcüstanda müstəqil, qərəzsiz məhkəmənin mövcudluğunun fundamnetal önəm kəsb etdiyini bir daha da göstərmiş olur. Başlanğıcdan etibarən bu məsələ vaxt və təqsirləndirmələrlə əlaqədar bizdə suallar yaradırdı. Hazırkı hakimiyyətə müxalif olan şəxslərə qarşı seçmə istintaq və narahatedici istintaq təcrübəsi cəmiyyətin polisə, prokurorluğa, məhkəməyə və hakimiyyətə qarşı inamını ayaqlar altına atır. Gürcüstanın Avropaya inteqrasiyasını daha da dərinləşdirmək kimi imkanlarının olduğu bir vaxtda cinayət təqibinin siyasiləşdirilməsini düşünmək belə zərərvericidir. ABŞ-ın kəskin mövqeyi ondan ibarətdir ki, sağlam demokratiya məhkəmənin müstəqilliyinin təmin edilməsi və mətbuat azadlığının qorunmasından asılıdır. Buna görə də daimi olaraq hakimiyyəti bu fundamental demokratiya prinsiplərini qorumaq üçün mövcut islahatları həyata keçirməyə çağırırıq", - deyə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında bildirlir.
24News.ge