Mayın 20-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qaradağlı kəndindən olan Qarabağ müharibəsi əlili Qəhrəmaov Samir Mütəllim oğlunu qəbul edib.

S.Qəhrəmanov rayon rəhbərinə ona maddi köməklik göstərilməsi ilə bağlı müraciət edib. İcra başçısı vətəndaşa maddi köməklik göstərib.

Sonra rayon rəhbəri elektron qaydada qəbula yazılmış rayonun Əskipara kənd sakini Əlifova Minayə Xanlar qızını qəbul edib.

RİH-dən əldə etdiyimiz məlumatda bildirilir ki, qəbul zamanı vətəndaş Vətən müharibəsində yaşadığı evin ziyan çəkdiyini və şirkət tərəfindən evinin yarımçıq təmir olunduğunu bildirib.

İcra başçısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayonda fəaliyyət göstərən nümayəndəsi Vasif Quliyevlə əlaqə saxlayıb, nümayəndə Minayə Əlifovanın evinə baxış keçirərək işlərin başa çatdırılacağını bildirib.

Qeyd edəkki, hər iki vətəndaş qəbuldan razı qalıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN