Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı, Nərimanov, Yasamal və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub.
Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, dərhal çağırış ünvanlarına FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
9 nəfərin liftdən çıxarılması təmin edilib.