Ukrayna ordusu ötən gün ərzində ölkənin cənubunda 36 rus hərbçisini, 3 T-72 tankını, bir “Qrad” reaktiv yaylım atəş sistemi və maşınları məhv edib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Nikolayev və Xerson istiqamətlərində ruslar geri çəkilməkdədir və döyüş əməliyyatlarına yenidən başlamaq və mövqelərini möhkəmləndirməyə çalışır. Hansı ki, uzun müddətdir ki, aktiv hücum əməliyyatları aparılmırdı. Sitat: "...Ukrayna qoşunlarının mövqeləri və mülki əhalinin yaşadığı yaşayış məntəqələri düşmən tərəfindən amansızcasına artilleriya və minaatanlardan atəşə tutulur, hər gün 70-ə yaxın atəş açılır. Bu cür hərəkətlər həm dinc əhalini qorxutmaq elementi, həm də Ukrayna Silahlı Qüvvələrini gözdən salmaq cəhdi kimi istifadə olunur. Amma bu cür təxribatlara cavab olaraq, işğal olunmuş ərazilərin sakinləri sübut edirlər ki, onlar yalnız Ukraynaya inanırlar. Bəli, bu gün işğal altında olan Xersonda dəmiryol vağzalı üzərində mavi-sarı bayraq qaldırıldı”.

A.Məmmədov

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN