Türkiyədə universitet tələbələrini daşıyan avtobus Niğdə vilayətində, Adana-Niğdə şosesinin Güney kəndi ərazisində aşıb. Mayın 22-də Türkiyə vaxtı ilə saat 4 radələrində qəza törədən avtobus Adana-Konya marşrutu üzrə hərəkət edirmiş.

“TRT Haber” telekanalı xəbər verir ki, nəticədə iki nəfər həyatını itirib, beşi ağır olmaqla 42 nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedici və tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Niğdə, Bor, Ərəğli və Uluqışla xəstəxanalarına çatdırılıblar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN