Ukrayna məhkəməsi ölkənin sabiq prezidenti Viktor Yanukoviçin həbsinə icazə verib.
“Unian.net” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 23-də Kiyevin Peçerski Rayon Məhkəməsi 2010-cu ildə imzalanmış “Xarkov müqavilələri”ni dövlətə xəyanət kimi qiymətləndirib və bu səbəbdən sabiq Prezident barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, 2010-cu ildə imzalanmış “Xarkov razılaşmaları”nın Rusiyanın Qara dəniz donanmasının 2017-ci ildən sonra növbəti 25 il müddətinə yarımadada qalmasını mümkün edib. Ukrayna Baş prokurorluğunun məlumatına görə “Xarkov razılaşmaları” Rusiya dövlətinin xeyrinə imzalanıb və rəsmi Moskvanın Krım yarımadasında hərbi mövcudluğunu artırmasına şərait yaradıb.
Xatırladaq ki, 2014-cü ildə “Maydan hərəkatı” zamanı 53 nəfərin öldürülməsi ilə əlaqədar sabiq Prezident Yanukoviç barəsində 13 il müddətinə qiyabi həbs qərarı çıxarılıb.