Sabah (25 may) İranın Tehran vilayətində hava çirkliliyi səbəbindən idarələr, məktəblər və universitetlərin fəaliyyəti dayandırılacaq.

Məlumata görə, bunu İranın Tehran valisi Möhsün Mənsuri deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Tehran Hava Çirkliliyi ilə əlaqədar Fövqəladə Komitənin iclasında qərar verilib.

Mənsuri əlavə edib ki, açıq məkanlarda idman tədbirləri də qadağan edilib.

Tehran valisi sadəcə bankların fəaliyyət göstərməsinə icazənin verildiyini bildirib.

Qeyd edək ki, hazırda Tehranda havanın çirklilik indeksi 500-dən çoxdur. Havanın çirklilik indeksi 50-dən aşağı olarsa, təmiz hava hesab edilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN