Mövlud Çavuşoğlu ilk olaraq Holokost müzeyini ziyarәt edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu on beş ildən sonra ilk dəfə İsrailə rəsmi səfər edib.
Nazir sәfәr çәrçivәsindә ilk olaraq Holokost müzeyini ziyarәt edib. Holokost abidәsinin önünә әklil qoyan Mövlud Çavuşoğlu müzeydәki xüsusi dәftәrә ürәk sözlәrini yazıb.
Məlumatlara görə, Mövlud Çavuşoğlu bu gün şəxsən özü Məscidül-Əqsaya da səfər edəcək.
Türkiyə XİN rəhbəri Təl-Əvivdə iqtisadi forumda iştirak etməyi və Türkiyədən gələn yəhudi mühacir icması ilə görüşməyi planlaşdırır. Mövlud Çavuşoğlu artıq İsrailin xarici işlər naziri Yair Lapid və turizm naziri Konstantin Razvozovla danışıqlar aparıb.
Qeyd edәk ki, Türkiyәnin xarici işlәr naziri İsraildә keçirәcәyi görüşlәr çәrçivәsindә İsrail nazirləri ilə görüşəcək, onlarla ikitərəfli əlaqələrin bərpası, eləcə də Avropaya təbii qaz ixrac edəcək Türkiyə-İsrail boru xəttinin tikintisi məsləsini də müzkirə edəcək.
Xatırladaq ki, martın əvvəlində İsrail prezidenti Yitzhak Hersoq da Türkiyəyə 2007-ci ildən bəri ilk dəfə səfər etmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə ilk səfəri isə 2005-ci ilə təsadüf edir. İki ölkənin münasibətləri xüsusilə 2008-2009-cu illərdə baş vermiş Qəzzə müharibəsi və 2010-cu ildə Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum nəticəsində daha da pisləşmişdir. 2013-cü ilin mart ayında İsrail hökuməti hücuma görə üzr istəmiş və diplomatik əlaqələrin yenidən bərpa olunması ilə bağlı cəhd etmişdir.
27 iyun 2016-cı il tarixində iki dövlət əlaqələrin normallaşdırılması məqsədilə razılığa gəliblər.
JASMİN