Rusiya hücuma başlayandan bəri Ukraynada 3974 mülki şəxsin ölüm hadisəsi qeydə alınıb.

Əksəriyyəti döyüş sursatı və partlayıcı maddələrin partlaması nəticəsində ölüb.

Bu barədə BMT- məlumat yayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, ölənlər arasında 1497 kişi, 985 qadın, 91 qız və 99 oğlan, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 69 uşaq və 1233 böyük yaşlı insanlar var. Eyni zamanda, 4654 xəsarət hadisəsi qeydə alınıb  ki, onlardan da 938-i kişi, 619-u qadın, 108-i qız, 130-u oğlan, o cümlədən cinsiyyəti məlum olmayan 164 uşaq və 2695 nəfəri isə böyük yaşlı insanlardı .

Qeyd olunur ki, əksər hallarda insanlar ağır artilleriya və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulması, həmçinin raket və hava zərbələri nəticəsində xəsarət alıb.

Xatırladaq ki,  Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib.

 Rusiya prezidenti Vladimir Putin fevralın 21-də qondarma “DXR” və “LXR”-ı rəsmi olaraq müstəqil dövlətlər kimi tanıdı, fevralın 24-də isə Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması adı altında  ölkəyə qoşun yeridilməsi barədə əmr verdi.

Və artıq bu “xüsusi əməliyyat” 3 aydır ki, davam edir...

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN