Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakinləri şəxsi vəsaitləri hesabına qazdırdıqları subartezian quyularının dövlətin balansına keçirilməsini tələb edirlər.

Qeyd edək ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Təssərrüfatla məşğul olan kənd sakinləri əkdikləri məhsulu suvarmaq üçün şəxsi vəsaitləri hesabına qazdıqdıqları subartezian quyularından istifadəyə görə daha artıq vəsait ödəməli olurlar. Bu səbəbdən də kənd sakinləri həmin quyuların dövlətin balansına keçməsini istəyirlər. Bununla bağlı rayon icra hakimiyyətinə, müvafiq idarələrə müraciət edilsə də, problem həllini tapmayıb.

Məsələ ilə bağlı açıqlamasında Şəmkir Rayon İcra Hakimiyyətinin Aşağı Seyfəli kənd üzrə nümayəndəsi Oruc Qarayev məsələnin həllinə dair müsbət cavabın olmadığını bildirib: “Bizim kənddə şəxsi vəsait hesabına vurulan artezianlar bir neçədir. Onun da balansa alınması Nazirlər Kabinetinin sərəncanı ilə mümkündür. Biz də, vətəndaşlar da müraciət etmişik. Vətəndaşların özləri də eyni qurumlara və Nazirlər Kabinetinə müraciət ediblər. Hələ ki müsbət cavab yoxdur. Şəxsi vəsait hesabına çəkdiklərinə görə balansda deyil.

Sakinlər quyu qazdıranda həmin məsələləri bilirdilər, dəfələrlə sakinlərə o məsələlər izah olunur ki, dövlət balansında deyil və sərf olunan işığa görə şəxsi vəsaitlərindən yenə də pul ödəyəcəklər. Bu məsələ razılaşdırılmalı və onlar bunu balansa götürməlidir. Şəmkir rayonu üçün ildə 15-20 artezian quyusu nəzərdə tutulub, o da balanslaşdırılıb və susuzluqdan əziyyət çəkən ərazilərə təyinini qurumlar müəyyən edirlər. Vətəndaşlar özləri istəyirlər ki, həyətyanı sahələrində, bağlarında su quyusu olsun, bunun üçün müraciət edib, quyunu qazdırırlar. Sonra da balansa götürülməsinə dair müsbət cavab gəlmir. Sakinlər də bunu bilə-bilə quyunu qazdırırlar, ona görə də sərf etdikləri enerjiyə görə ödəniş etməli olurlar”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN