Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində
1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
TƏZADLAR.AZ xəbər verir ki, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.