"Altun-kitab" nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılovun yaxın günlərdə işindən ayrılacağı deyilir.

Bu barədə KİV-lərə dilçi-alim özü açıqlama verib.

R.İsmayılovun sözlərinə görə, artıq dərsliklə bağlı fəaliyyətdən yorulub: “Təhsil Nazirliyinin dəvəti ilə yeni nəsil dərsliklər üzərində işləyirəm. Amma yorulmuşam. Çox naşükür, əziyyətli işdir və bəhrəsini də görmürsən. Bir dəfə də bu işimdən kənarlaşmaq istəmişəm. Amma israrla saxlayıblar. Azərbaycan Dövlət Nəşriyyatında çoxlu maraqlı işlər var. İstəyirəm ki, o işlərlə məşğul olum və oranı inkişaf etdirim. Yaxın zamanda dərslik işimdən ayrılacağam”.

Qeyd edək ki, Rafiq İsmayılov 2004-cü ildən yeni nəsil dərsliklər üzərində çalışır. O, həmçinin Azərbaycan dilinin orfoqrafiya lüğətindəki yalnışlıqları ortaya çıxaran dilçi-alim kimi də yadda qalıb. Bundan başqa, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “hörümçək” sözünün çıxarılaraq “spayder” ifadəsi ilə əvəz edilməsi məsələsini ortaya atmışdı.

Son günlər isə naşir şair Qəşəm Nəcəfzadə ilə qalmaqallarla gündəm olmuşdu. Belə ki, İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Qəşəm Nəcəfzadə ilə "Azərbaycan dili" dərsliyinin müəllifi Rafiq İsmayılov arasında mübahisə düşmüşdü. Mübahisəyə səbəb Qəşəm Nəcəfzadənin "Azərbaycan dili" dərsliyindəki şeirlərə etiraz etməsi və qarşı tərəfdən cavab verməsini tələb etməsi olmuşdu. Qəşəm Nəcəfzadə hətta onu dərslikləri bərbad günə qoymaqda və vəzifəsindən sui-istifadədə ittiham etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN