2021-ci ildə «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 700 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Bu barədə DİM-in ötən illə bağlı dövlət qulluğuna aid hesabatında bildirilib. Qeyd edilib ki, həmin intizam tənbeh tədbirlərindən 513-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 187-si isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilmiş 700 intizam tənbeh tədbirindən 266-sı töhmət, 211-i dövlət qulluğundan azad edilmə, 11-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 4-ü vəzifə maaşının azaldılması, 2-si daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.

Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında tətbiq edilmiş 513 intizam tənbeh tədbirindən 197-si dövlət qulluğundan azad edilmə, 101-i töhmət, 11-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 4-ü vəzifə maaşının azaldılması, 2-si daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.

Mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü (vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 11, 5-ci (peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 17, 6-cı (loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 13, 7-ci (ictimai etimad) maddəsinin tələblərinin pozulması üzrə 6, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 180, 9-cu (mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 61, 10-cu (əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 42, 12-ci (maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 4, 13-cü (korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 168, 14-cü (hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinin tələblərinin pozulması üzrə 1, 15-ci (maraqlar toqquşmasının qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 2, 16-cı (əmlakdan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 6, 17-ci (məlumatlardan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 1 intizam tənbeh tədbiri tətbiq edilib.

Yerli icra hakimiyyəti orqanları tərəfindən daxil olmuş məlumatların ümumiləşdirilməsi nəticəsində aşağıdakı məlumatlar əldə edilib.

Hesabat dövründə yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 187 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Qazax Rayon İcra Hakimiyyəti üzrə-14, Tərtər Rayon İcra Hakimiyyəti üzrə-13, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə-11, Astara Rayon İcra Hakimiyyəti üzrə-11, Masallı Rayon İcra Hakimiyyəti üzrə-11, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə-9, Xaçmaz Rayon İcra Hakimiyyəti üzrə-9, Goranboy Rayon İcra Hakimiyyəti üzrə-8, Sabunçu Rayon İcra Hakimiyyəti üzrə-7, Samux Rayon İcra Hakimiyyəti üzrə-7, Lerik Rayon İcra Hakimiyyəti üzrə-7, Tovuz Rayon İcra Hakimiyyəti üzrə-7, Şəmkir Rayon İcra Hakimiyyəti üzrə-7, Şamaxı Rayon İcra Hakimiyyəti üzrə-6, Ucar Rayon İcra Hakimiyyəti üzrə-6, İsmayıllı Rayon İcra Hakimiyyəti üzrə-5, Ağstafa Rayon İcra Hakimiyyəti üzrə-5, Kürdəmir Rayon İcra Hakimiyyəti üzrə-5, Salyan Rayon İcra Hakimiyyəti üzrə-5, Zərdab Rayon İcra Hakimiyyəti üzrə-4, Pirallahı Rayon İcra Hakimiyyəti üzrə-4, Quba Rayon İcra Hakimiyyəti üzrə-3, Cəlilabad Rayon İcra Hakimiyyəti üzrə-3, Ağcabədi Rayon İcra Hakimiyyəti üzrə-2, Göyçay Rayon İcra Hakimiyyəti üzrə-2, Neftçala Rayon İcra Hakimiyyəti üzrə-2, Füzuli Rayon İcra Hakimiyyəti üzrə-2, Göygöl Rayon İcra Hakimiyyəti üzrə-2, Yardımlı Rayon İcra Hakimiyyəti üzrə-1, Xocavənd Rayon İcra Hakimiyyəti üzrə-1, Sabirabad Rayon İcra Hakimiyyəti üzrə-1, Qax Rayon İcra Hakimiyyəti üzrə-1, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə-1, Gədəbəy Rayon İcra Hakimiyyəti üzrə-1, Cəbrayıl Rayon İcra Hakimiyyəti üzrə-1, Xızı Rayon İcra Hakimiyyəti üzrə-1, Ağdam Rayon İcra Hakimiyyəti üzrə-1, Bakı Şəhər İcra Hakimiyyəti üzrə-1, dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Binəqədi Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Şəki Şəhər İcra Hakimiyyəti, Ağsu Rayon İcra Hakimiyyəti, Balakən Rayon İcra Hakimiyyəti, Beyləqan rayon İcra Hakimiyyəti, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti, Hacıqabul Rayon İcra Hakimiyyəti, İmişli Rayon İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti, Qəbələ Rayon İcra Hakimiyyəti, Qubadlı Rayon İcra Hakimiyyəti, Qusar Rayon İcra Hakimiyyəti, Saatlı Rayon İcra Hakimiyyəti, Siyəzən Rayon İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər İcra Hakimiyyəti, Yevlax Şəhər İcra Hakimiyyəti, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən intizam tənbeh tədbiri tətbiq edilməyib.

Lerik Rayon İcra Hakimiyyəti tərəfindən 11, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 5, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 3, Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən 3, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən 2, Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən 2, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən 2, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən 2, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən 2, Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 1 dövlət qulluqçusuna xəbərdarlıq edildiyi bildirilib.

Nərimanov Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Bərdə Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon İcra Hakimiyyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti, Laçın Rayon İcra Hakimiyyəti, Qobustan Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra Hakimiyyəti və Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən intizam tənbeh tədbirlərinin tətbiq edilib edilməməsi barədə məlumat verilməyib.

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 187 intizam tənbeh tədbirindən 165-i töhmət, 14-ü dövlət qulluğundan azad edilmə olub. Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumatda tətbiq edilmiş 8 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.

Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 11, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 20, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 8, 7-ci (İctimai etimad) maddəsinin tələblərinin pozulması üzrə 2, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 3, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 1, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 139, 17-ci (Məlumatlardan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 1 intizam tənbeh tədbiri tətbiq edilib.

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumatda 2 intizam tənbeh tədbirinin tətbiq edildiyi göstərilsə də, pozulmuş etik davranış qaydası qeyd edilməyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN