Ötən gün - "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü"ndə  Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə hacıqabullu ll Qarabağ müharibəsi Şəhidi Süleyman Bağırovun ailəsi ziyarət edilib.

Ziyarətdə, həmçinin I Qarabağ müharibəsi qazisi, "Qarabağ qaziləri" İctimai Birliyi Hacıqabul rayon şöbəsinin sədri İntiqam Abdulov da iştirak edib.

 Mərkəzin direktoru Aytən İmanova Şəhidin Vətənə əmanət qoyub getdiyi körpə qızı Xədicəni balaca balaların bayramı münasibətillə təbrik edib və ona hədiyyə təqdim edib.

O, şəhidin ailəsinə “ Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın övladları hamımızın balasıdır” bildirib. Həmçinin arzu etmişdir ki, Xədicə bala da atası kimi Vətənə, Xalqına layiqli övlad kimi yetişsin.

 

*****

Qeyd edək ki, Süleyman Bağırov 20 yanvar 1995-ci ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində dünyaya göz açıb. Təhsilini doğulduğu kəndin məktəbində alan Süleyman orta məktəbi bitirdikən sonra  - 2013-cü ildə hərbi xidmətə yollanır. Hərbi xidmət müddətini bitirdikdən sonra doğma ocağına qayıdır və burada da ailə həyatı qurur.

Azərbaycan Ordusunun əsgəri olan Süleyman Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən təcavüzkar  Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edir. Füzulinin, Cəbrayılın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşur. Rəşadətli döyüş yolu keçir.

Vətəni uğrunda gözünü qırpmadan canını fəda etməyə hazır olan cəsur döyüşçü Süleyman Bağırov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olaraq əbədiyyətə qovuşur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Bağırov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Süleyman Bağırov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Süleyman Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Süleyman Bağırov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN