“Heç kimin pulunu vermirlər”

“Location” gücə klubunda baş verən partlayışdan 2 ayadək vaxt keçib.

Gecə klubunda xəsarət alanlardan bloger Aysel Şükürova artıq ikinci dəfədir ki,  klub sahiblərindən şikayət edir.

Bloğer ötən dəfə  "instagram" səhifəsində müalicə olunduğu xəstəxanaya rəsmi şəkildə 8 mindən artıq pul ödədiklərini, indiyədək "Location" gecə klubunun sahiblərinin onun vəziyyəti ilə maraqlanmadıqlarını, mənəvi dəstək belə vermədiklərini və hazırda keçirdiyi həyacana görə ev şəraitində psixoloq müalicəsi aldığını bildirmişdi. Həmçinin onun halı ilə maraqlanmayan gecə klubunun sahibini məhkəməyə verdiklərini açıqlamışdı.

Bu dəfə də zərərçəkmiş bloger sosial şəbəkə hesabında klubun sahibindən şikayətçi olduğunu bildirib.

" Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim.  Bədənimin müxtəlif yerləri partlayışda yanıb. Əsas da ayaqlarım. Uzun müddət “Medera” klinikasında müalicə almışam. Amma klub rəhbərliyi – Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi verirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan... Heç kimin pulunu vermirlər. Yalandan mənə dedilər 15 gün möhlət verin, artıq 1 ayı keçib. Lazımi yerlərə şikayət vermişəm. İnşallah, layiqi cəzalarını taparlar", - deyə bloger qeyd edib.

O, həmçinin polisə şikayət etdiyini, klub rəhbərliyinin  “get hara istəyirsən şikayət et” dediyini də bildirib.

Qeyd edək ki, Aysel Şükürova Bakı Lift İdarəsinin sabiq baş direktoru Qüdrət Şükürovun qızıdır.  Bir zamanlar atasının ona 400 min manatlıq toy etməsi ilə medianın gündəminə gəlmişdi.

 Xatırladaq ki, aprelin 3-ü gecə saat 3-də baş verən partlayışda 30-dan çox insan xəsarət alıb və bir neçə nəfər də həyatını itirib. Hadisə ilə bağlı üç nəfər həbs edilib.

 

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN