Rusiya paytaxtında «Grand Setun Plaza» biznes mərkəzinin binası yanır, insanlar içəridə qalır.
Tezadlar.az bildirir ki, sosial şəbəkələrdə yayılan videoya görə, binanın bir neçə mərtəbəsi yanır. Yanğınsöndürənlər hələ də biznes-mərkəzdəki yanğının öhdəsindən gələ bilmirlər. Çöldə yağış yağsa da, o da yanğını söndürməyə kömək etmir. Ölən və ya yaralananlar barədə hələlik dəqiq məlumat yoxdur. TASS-ın məlumatına görə, binada bloklananların sayı 20-yə çata bilər. Media isə biznes mərkəzinin 6-7-ci mərtəbələrindəki bir neçə nəfərin yanğının qarşısını aldığını yazır.
Binada bloklanan insanların bəziləri damın üstünə çıxıb. Ehtimal var ki, yanğına qısaqapanma səbəb olub.
A.Məmmədli