Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatmaq üzrədir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən bugünkü iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Namiq Zeynalovun ittiham olunduğu maddələrlə təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi təklif olunub.
Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə çıxışa hazırlaşmaq üçün vəkillərə iyunun 10-na kimi vaxt verib.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN