"Azneft" İstehsalat Birliyinin bir qrup işçisi sözügedən qurumun rəhbərliyinə müraciət ünvanlayıb.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı özünün feysbuk səhifəsində yazıb.

Müraciətdə narazı neftçilər "Azneft" İB-nin Baş direktorunun sosial məsələlər üzrə müavini İkram Qurbanovdan hazırkı acınacaqlı vəziyyətin nə zamana qədər davam edəcəyini soruşurlar.

Müraciət müəllifləri yazır: ""28 MAY" NQÇİ-nin 8 saylı və 5 saylı Dərin Dəniz Özülündə 2 ildir istilik-soyutma sistemi yoxdur. Keçən il qışda sistem sıradan çıxıb...

Qışda soyuğa əlac etmək olur, amma yay fəslində çox əziyyət çəkirik. Keçən il yayı birtəhər dözdük. Bizi əmin etdilər ki, düzələr. Amma indiyə kimi hələ də bir əlac etməyiblər. Hələ istilər tam düşməyib, amma istidən otağa girib dincəlmək olmur. Gecə növbəsində çalışanlar gündüz yatmalıdır. İstidən dəmirlər qızır otaqda nəfəs almaq olmur.

Yorğun fəhlə normal yatıb dincələ bilmir. Dəfələrlə rəhbərliyə məlumat verilsə də, bu barədə bir əncam edən tapılmır. Biz dərdimizi kimə deyək? Niyə axı bu qədər biganə yanaşırlar işçilərə?.."

İddia olunanlarlqa bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN