Türkiyə və Rusiya Ukrayna taxılının Odessa limanından dəniz dəhlizi ilə ixracının təmin edilməsinə dair ilkin razılığa gəliblər, Ukrayna isə məlumatı şərh etmir və bəyanatlara şübhə ilə yanaşır.

Tezadlar.az  bildirir ki, bu barədə Bloomberg müzakirələrlə tanış olan insanlara istinadən xəbər verir. Bundan əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti Odessa sahillərində suların təmizlənməsi və taxıl gəmilərinin müşayiəti üçün hərbi yardım təklif etmişdi. Eyni zamanda, Ukrayna sahil müdafiəsinin çıxarılmasının həyati əhəmiyyət daşıyan limanı Rusiyanın hücumu üçün açıq qoya bilməsi riski səbəbindən bu planı hələ təsdiq etməyib.
Türkiyə ümid edir ki, əvvəlki təklifin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsdiqlənməsi təhlükəsizliklə bağlı narahatlıqları azalda bilər. Gözlənilir ki, çərşənbə günü, iyunun 8-də tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ankaraya səfəri zamanı planı müzakirə edəcəklər. Ukraynanın öz nümayəndəsini göndərib-göndərməyəcəyi hələ ki, anlaşılan yoxdur. Sitat: “Rusiya müqaviləni əvvəlcədən şərh edərək, tədarükün kəsilməsinə görə məsuliyyəti Ukraynanın üzərinə qoymağa çalışır”, - Ukraynanın iqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsi Taras Kaçka belə deyib. Amma fakt faktlığında qalır ki, ərzaq böhranı süni şəkildə Rusiya  tərəfindən yaradılıb. Rusiya Federasiyası və Türkiyənin təklif etdiyi ilkin plan Odessa yaxınlığındakı akvatoriyanı təmizləməyə və BMT-nin himayəsi altında gəmilərin Qara dənizdən təhlükəsiz çıxışına zəmanət verməyə imkan verəcək. Türkiyənin məqsədi İstanbulda yüklərin monitorinqi və koordinasiyası üçün mərkəz yaratmaqdır. Həmsöhbətlərin sözlərinə görə, Ukrayna danışıqlarda birbaşa iştirak etməyib. Bundan əlavə, Rusiya Ukraynaya gedən gəmiləri silah-sursata görə yoxlamaq imkanı tələb edir, lakin Kiyev belə şərtləri rədd edir...

A.Məmmdəli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN