İyunun 10-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Baş Prokurorluğun təşkilatçılığı ilə Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax Şəmkir və Tovuz rayon prokurorlarının, digər dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı konfransın təşkil edilməsi nəzərdə tutulub.
Tezadlar.az-ın əldə etdiyi məlumata görə, konfransda Baş Prokurorluğun idarə rəisinin də iştirakı gözlənilir.
Qeyd edək ki, məlumat qurumun mətbuat xidməti tərəfindən təsdiqlənib.