Bakıda 10-12 iyun 2022-ci il tarixlərində keçiriləcək növbəti “Formula 1” yarışlarının ölkə iqtisadiyatına, xüsusilə də turizm və xidmət sənayesinə müsbət təsir etməsi ilə yanaşı, bəzi sahələrdə işə maneələr yaratması da iddia edilir.

İş adamı, geyim biznesində çalışan Elxan Mərdanlı bununla bağlı fikirlərini paylaşıb.

İş adamı bildirir ki, «Formula 1»lə bağlı tətbiq edilən məhdudiyyətlər ticarət müəssisələrinin işinə mane olur, müştəri aıxınını dayandırır, ticarəti sıfıra endirir. Amma bu vəziyyətə görə ticarət mərkəzləri tərəfindən heç bir güzəşt (məsələn irarə haqqı üzrə) edilmir.

Üstəlik, dövlət qurumları da bununla bağlı boş dayanmalar və zərərə görə kompensasiya vermirlər.

E.Mərdanlı yazır: “Sahibkar niyə narazı qalmasın ki, Baku City Circuit «Formula 1» Bakıda keçirir və bu ərəfədə mağazaların qarşısı bağlanır və mağaza 0 ilə günü bağlayır. Amma bunun qarşılığında heç kim nə dəstək, nə də kömək olur. Ticarət Mərkəzləri icarəni alır, fərdi şəxslər icarəni alır, onlar gözləmirlər.

Mağazalar müştəriyə satdığı maldan əldə etdiyi vəsait hesabına işlərini həyata keçirə bilir və bu bütün dünyada belədir, bircə Azərbaycanda belə deyil. Deyirlər, müştəri oldu-olmadı bizə aid deyil, pulu verməlisiz. Hələ bu harasıdır, işçilərin əmək haqqı və digər xərclər. Hökumət də bu işdə bizlərə dəstək olmur. İndi bu sahibkar nə etsin?

Əgər bu yarış bizə nəsə verirsə, o zaman biz niyə görmrük. Hanı bu yarışa görə turist, heç olmasa turist olanda sata bilərdik. Bir sözlə, görüntü xətrinə həyata keçirilən növbəti bir fəaliyyət. Artıq 2 ildir turist üzünə həsrətik, bütün dünyada turizm inkişaf etdiyi halda, biz gözləmə mövqeyindəyik. Nəyi və kimi gözləyirik görəsən? Bizim ölkədə qeyri-neft sektorunu elə inkişaf etdirmək olar ki, neft sektoru onun yanında aciz qalar. Amma nə sözümüzü, nə fikrimizi, nə də yanaşmamızı qəbul edən yoxdur.

Gürcüstanda və Türkiyədə idxal rüsumu yoxdur, amma bizdə var. Bizdə rüsum və vergilərin yüksək olması qiymətlərin baha olmasına gətirib çıxardır. Bizdə mövcud qanunvericilik sahibkar yönümlü deyil. Onlarda qeyri-neft sektoru, turizm inkişaf edir, bizdə yox.

Azərbaycanı regionun "HUB"ı etmək olar. Təyyarə biletləri elə bir həddədir ki, turist bizdən yan keçib gedir. Ərəblər yaxın qonşu ölkələrdə pulu su kimi xərcləyirlər, amma bizdə ərəb tapmaq olmur. Ən son ölən ümidlərdir və ümid edək ki, bir gün təkliflərimizi qəbul edərlər».

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN