Xəbər verildiyi kimi, 1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirin birinci müavini olmuş Gennadi Burbulis 77 yaşında vəfat edib.

Məlumata görə, bu barədə TASS-a keçmiş dövlət katibinin qardaşı qızı Yuliya Burbulis məlumat verib.

Onun sözlərinə görə, G.Burbulis Bakıda dünyasını dəyişib.

Digər bir məlumata görə, ölüm G.Burbulis Azərbaycanın paytaxtında otellərdən birində saunada olarkən baş verib.

G.Burbulis beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəlibmiş.

Hələlik ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Gennadi Burbulis 4 avqust 1945-ci ildə anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN