Rus hərbiçiləri yenidən Gürcüstan sərhəddini pozmağa cəhd ediblər.

İyunun 18-19-da Qori bələdiyyəsinin Xurvaleti kəndi yaxınlığındakı işğal olunmuş ərazilərdə Rusiya işğalçı qüvvələrinin nümayəndələri qeyri-qanuni qondarma sərhədləşdirmə prosesinə başlayıblar.

TEZADLAR.AZ yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, faktla bağlı dərhal qaynar xətt aktivləşdirilib, EUMM və Cenevrə danışıqlarının həmsədrləri məlumatlandırılıb. Bu məsələ Erqneti İnsidentinin Qarşısının Alınması və Cavab Mexanizminin iclası çərçivəsində, eləcə də Cenevrə Beynəlxalq Müzakirələrində kəskin şəkildə qaldırılacaq. Bildirilib ki, qeyri-qanuni sərhəd keçidi və onun daxilindəki qeyri-qanuni sərhəd sədləri sərbəst gediş-gəlişi əngəlləyir, yerli əhalinin gündəlik həyatını çətinləşdirir və yerlərdə təhlükəsizlik mühitinə xələl gətirir və işğal qüvvəsi hazırkı proses üçün tam məsuliyyət daşıyır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN