Ölkədə fəaliyyət göstərən bəzi özəl müəssisələr, tikinti şirkətləri var ki, onlar müxtəlif yollarla daha çox qazanc əldə etmək üçün hətta işçilərin hüquqlarını kobud şəkildə pozur, onlara əlavə problemlər yaradırlar.
Elektron poçtumuza daxil olan şikayət məktubuna əsasən, həmin müəssisələrdən, yəni ölkənin əmək qanunvericiliyinə zidd hərəkətlərə yol verənlərdən biri də “CONSOL” MMC tikinti şirkətidir.
Belə ki, “BAŞİR- PROQRESS” MMC-nin direktoru Dilqəm Əliyevin imzası ilə daxil olan müraciətdə Mingəçevir şəhərində fəaliyyət göstərən “CONSOL” MMC tikinti şirkəti tərəfindən işçilərin hüquqlarının kobud şəkildə pozulduğu öz əksini tapıb.
Məlumat üçün qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində layihələrin icrasına uyğun olaraq Mingəçevir şəhərində tender elan edib. Bu tender lahiyəsini icrasını “North West” tikinti şirkətinə həvvalə edilib. Tender qalibi olan “North West” tikinti şirkəti də Mingəçevir şəhərində su-kanalizasiya xətlərinin yenidə qurulması üşün layihədə nəzərdə tutlan işləri “CONSOL” MMC -yə verib.
“CONSOL” MMC isə 21.12.2021-ci il tarixdə “BAŞİR- PROQRESS” MMC ilə müqavilə bağlasa da, cəmiyyətdə çalışan fəhlələrin əl əməyinin haqqını 4 aydır ki, verməkdən boyun qaçırır.
Dilqəm Əliyev
Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin böyük hissəsini də demək olar ki, “BAŞİR- PROQRESS” MMC yekunlaşdırıb.
Sözügedən MMC -nin təsisçisi həm də direktorları Natiq Cavadov və Elman Bədəlov Mingəçevirdə su-kanalizasiya xətlərinin yenidə qurulması işlərini həvalə etdiyi sahə rəisi Həmzə adlı şəxs , “BAŞİR- PROQRESS” MMC-nin direktoru Dilqəm Əliyevi təhqir etməklə yanaşı, həm də bildirib ki, “nə “North West” tikinti şirkəti, nə də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bizə pul ödəməyib ki, biz də sizin əmək haqlarınızı verək”.
MMC direktoru qeyd edir ki, “CONSOL” MMC-nin “BAŞİR- PROQRESS” MMC-yə hazırda 34 min manat borcu var.
Sonda “BAŞİR- PROQRESS” MMC-nin direktoru Dilqəm Əliyev mətbuat vasitəsilə Prezident cənab İlham Əliyev və Baş prokuror Kamran Əliyevdən xahiş edir ki, “CONSOL” MMC-nin bu özbaşınalığına son qoyularaq qanunamüvafiq tədbirlərin görülməsinə göstəriş verilsin.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV