İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə olunması nəticəsində 30 nəfər zəhərlənib, 1 nəfər ölüb.
Bunu İranın Ərdəbil vilayəti fövqəladə hallar üzrə mərkəzinin direktoru Məcid Məhəmməd Qəribani deyib.
M.Qəribaninin sözlərinə görə, onlardan 11 nəfəri xəstəxanadan evə buraxılıb, 19 nəfər isə Ərdəbilin iki xəstəxanasındadır. 3 nəfər isə reanimasiya şöbəsindədir.
İlkin məlumatlara əsasən, hadisə ad günü şənliyində baş verib və zəhərlənənlər 20-40 yaş aralığında şəxslərdir.