RUSİYANIN GÜRCÜSTANLA ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ DƏ İŞĞALLA BAĞLIDIR...

Elə “Biz hakimiyyətə gələndən, 2012-ci ildən sonra Putinlə heç bir əlaqəmiz və heç bir siyasi məsləhətləşmələrimiz olmayıb" deyən Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qətər iqtisadi forumunda Gürcüstan hökumətinin Putinin vədlərinə etibar edib-etməməsi ilə bağlı səsləndirilən sualı cavablandırarkən bildirib. Onun sözlərinə görə, Gürcüstanın Rusiya ilə yalnız iqtisadi, ticarət əlaqələri var: "2012-ci ildən sonra hakimiyyətə gələndən bəri Putinlə heç bir əlaqəmiz olmayıb. Bizim heç bir siyasi məsləhətləşmələrimiz də olmayıb. Yalnız iqtisadi, ticarət əlaqələri var, buna görə də yaşadığımız reallıq budur”.

Baş nazir qeyd edib ki, Gürcüstan hökumətinin siyasəti sülh danışıqları yolu ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdən ibarətdir, çünkü Gürcüstan NATO-ya üzvlük haqqında yalnız ərazi problemləri həll edildikdən sonra danışa biləcək: “Bizim motivasiyamız NATO-ya üzv olmaqdır. Lakin NATO-ya üzv olmaq təkcə bizim istəyimizdən asılı deyil, Gürcüstana NATO-ya üzv statusunun verilməsi üçün Alyansa üzv olan bütün dövlətlər arasında konsensus əldə edilməlidir. Biz başa düşürük ki, Gürcüstanın ərazi problemləri var, biz əvvəlcə bu məsələni həll etməliyik, sonra NATO-ya üzv olmalıyıq. Bu, Avropa və NATO-ya üzv dövlətlərin fikridir".

Gürcüstan 2008-ci ildə genişmiqyaslı müharibə yaşadı. 1990-cı illərdə Gürcüstan müstəqilliyini bərpa edəndə Abxaziya və Cənubi Osetiyada son 30 ildə üç dəfə təcavüzlə qarşılaşıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN