Cəlilabad rayonunda fəhlələri əkin sahəsindən daşıyan mikroavtobus "Priora" markala minik avtomobili ilə toqquşub.
Hadisə Cəlilabad şəhəri, H.Əliyev prospektində qeydə alınıb.
Qəza nəticəsində mikroavtobusda olan, rayonun Uzuntəpə kənd sakinləri - 2001-ci il təvəllüdlü A. Heydərova və 1972-ci il təvəllüdlü H.Ağayeva müayinə məqsədilə Cəlilabad rayon xəstəxanasına müraciət ediblər.
Məlumata görə, mikroavtobusun sürücüsü digər avtomobildə olan şəxslər tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.