Xəzər rayonu Buzovna qəsəbəsinin sakinləri dəniz sahilindəki qanunsuz hasarlanmalardan narazıdırlar.

Xəbər verdiyimiz kimi, dəniz sahilinin, xüsusən də Abşeron çimərliklərinin hasarlanması, ərazidə şəxsi mülklərin, hotel və restoranların tikilməsi xeyli müddətdir gündəmdədir.

Sonuncu dəfə bir neçə ay əvvəl Buzovna sakinləri qayaların hasarlanmasına, betonlanmasına etiraz olaraq Prezidentə müraciət etmişdilər.

“Necə olub tikilib bunlar? Kim icazə verib bunları tikməyə? Mən bir daş qoyan kimi, gəlirlər ki, bunu niyə qoymusan? Bu boyda hasarlar tikiləndə harda idilər?”, - deyə Buzovna sakini B.Cabayev narazılığını belə ifadə edir.

Qeyd edək ki, ötən gün Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayaraq Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərinin, kommunal qurumların texnikaları və işçiləri tərəfindən Buzovna qəsəbəsində sahilyanı ərazilərdəki qanunsuzluqların aradan qaldırılmasına başlanıldığı bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN